Bu ilin fevral ayında Rusiyanın paytaxtı Moskva şəhərində “Əfsanələr Kuboku” turniri keçiriləcək.
"Unikal" xəbər verir ki, turnirdə dünya yığması, “Spartak”, MOİK, “Lokomotiv”, “Dinamo” və “Zenit”in sabiq futbolçularından ibarət komandalar mübarizə aparacaqlar.
“Lokomotiv” klubunun heyətində millimizin sabiq üzvü Narvik Sirxayev, “Spartak”da isə Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədov meydana çıxacaq.
Qeyd edək ki, Narvik Sirxayev 1997-1999-cu illər ərzində Azərbaycan millisində 17 oyun keçirib, 1 qol vurub.