Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun növbəti oyunu keçirilib.
"Unikal" xəbər verir ki, “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə penaltidən Kazimir Ninqa vurub.
Bu qələbə ilə xallarını 30-a çatdıran “Sumqayıt” üçüncü pilləyə yüksəlib. 14 xalı olan “Qəbələ” isə sonuncudur. Turnir cədvəlinə 41 xalla “Qarabağ” başçılıq edir.
Tura bu gün keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, XIX turun əvvəlki oyunlarında “Sabah” “Neftçi” ilə, “Səbail” “Zirə” ilə qolsuz heç-heçə edib, “Kəpəz” isə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib.