Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubunda debüt edib.
"Unikal" xəbər verir ki, 28 yaşlı müdafiəçi Qazaxıstanın “Atırau” komandasına qarşı keçirdikləri yoxlama oyununa start heyətində başlayıb.
O, 1:0 hesabıyla qalib gəldikləri matçda bir hissə meydanda olub.
Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.