Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun son oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 6-cı dəqiqədə avtoqol müəllifi olan Numan Kurdiç açıb. Abdulla Zubir 21-ci və 61-ci dəqiqələrdə fərqlənərək dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 71-ci dəqiqədə qonaqların heyətində Kadiri Mohamməd müəyyənləşdirib.
Turun əvvəlki oyunlarında “Sabah” “Neftçi” ilə, “Səbail” “Zirə” ilə qolsuz heç-heçə edib. “Kəpəz” “Turan Tovuz”a 2:1, "Sumqayıt" isə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Qarabağ" başçılıq edir. "Zirə" 30 xalla 2-ci, eyni xala malik "Sumqayıt" isə 3-cüdür. 29 xalı olan "Neftçi" dördüncü pillədə qərarlaşıb.