“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubunun rəhbərliyinə komandanı müvəqqəti tərk etməli olduğunu bildirib.
"Unikal" xəbər verir ki, 36 yaşlı futbolçunun istəyi onun öz üzərində həddindən artıq təzyiq hiss etməsi ilə bağlıdır.
“Əl-İttihad” mövcud vəziyyəti həll etmək üçün Benzemaya onu Səudiyyə Ərəbistanı çempionatından başqa kluba icarəyə vermək variantını təklif etsə də, fransız bu təklifi rədd edib.