PSJ yeni transferini rəsmiləşdirib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki,  "Korintians"dan Qabriel Moskardo heyətə cəlb edilib.

18 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Moskardo 6 ay icarə əsasında "Korintians"da çıxış edəcək və yeni mövsümün əvvəlində Paris təmsilçisinə qoşulacaq.

Braziliyalı futbolçu bu mövsüm A Seriyasında 18 oyun keçirib, 1 qol vurub, 1 qol ötürməsi edib.