Ötən gün ilk bölümü yayımlanan "İnci taneleri" serialı ilə bağlı "RTÜK"ə (Türkiyədə Radio və Televiziya Ali Şurası) şikayət olunub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ankara Seymenler" dərnəyinin rəhbəri Şərafəddin Dəmir ekran işində Ankara mədəniyyətinin düzgün tanıdılmadığını bildirib.
Serialın yayımının dayandırılması üçün prodüseri məhkəməyə verəcəklərini də bildiriblər.
Qeyd edək ki, ekran işinin baş rollarını Kubilay Akayla Hazar Ergüçlü canlandırır.