Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Əlişer Tahiroviç Birləşmiş Ərəb Əmirliklərinə giriş qadağan olunub.
"Unikal" xəbər verir ki, bu barədə ifaçı Yutub kanalında bildirib:
"Mənim rezidensiyam yoxdur, ora turist kimi getmişəm. Günlərim bitəndə vizamı yeniləməli oldum və onlar məni turist kimi qəbul etmədilər. İki-üç həftə gözlədikdən sonra oraya qayıda biləcəyimi söylədilər. Lakin Tailanddan Dubaya uçmazdan əvvəl mənə dedilər ki, sizə ölkəyə daxil olmağa icazə verilmir".
Morqenştern bu qərarın rəsmi səbəbini bilmədiyini açıqlayıb.