"Show" telekanalında yayımlanan "Kızılcık şərbəti" serialına yeni aktrisa daxil olacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Səma Öztürk rol alacaq. O, layihədə "Azra" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır.