Xəstəxanaya yerləşdirilən aparıcı İlkin Həsəni səhhəti ilə bağlı açıqlama yayıb.
"Unikal" xəbər verir ki, aparıcı əməliyyat olunacağını bildirib.
"Dostlar, hər şey qaydasındadır. Manşetlərdə "İlkin Həsəni xəstəxanaya yerləşdirildi" bir az drammatik görünsə də, vəziyyət yaxşıdır. Bir neçə günlük davam edən müayinələr onu göstərdi ki, əməliyyat qaçılmazdır. Kimin zənglərinə, mesajlarına cavab verə bilmirəmsə üzürlü saysınlar, ağrıkəsicilərin təsirindən havalardayam hələ", - deyə İlkin səhhəti ilə maraqlananlara cavab verib.