2009-cu ildə dünyasını dəyişən pop müğənnisi Maykl Ceksonun oğlunun fotosu yayımlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dostları ilə birlikdə gecə klublarının birində əylənən 21 yaşlı Blanket Ceksonun  uzun müddət sonra görüntülənməsi diqqət çəkib. 

Bildirilir ki, oğlan Ceksonun özünün heç vaxt tanımadığı surroqat anadan dünyaya gəlib. Ulduzun yetkin oğlu piardan qaçdığı üçün onunla yeni fotosu əsl səs-küyə səbəb olub.

Paparassilər qohumlarının əhatəsində olan varisin fotosunu çəkə bilib. 21 yaşlı Blanket mərhum müğənni Ceksonun  genetik varisi sayıla bilən yeganə şəxsdir.

Seymur Əli