Cənubi Koreya prezidenti Yun Seok-yeol KXDR-də mövcud hökuməti tənqid edərək, onu “irsi totalitar rejim” adlandırıb.

"Unikal" xəbər verir ki, prezidentin sözlərini "Yonhap" agentliyi sitat gətirib.

Yoon Seok-yeol, "Əgər onlar ağıllı olsaydılar, xalqlarına daha yaxşı həyat bəxş etməyin yollarını tapmaq lehinə nüvə silahlarından imtina edərdilər, lakin onlar miras qalmış totalitar rejimini qorumaq üçün hər şey etməyə hazırdırlar" deyib. 

Cənubi Koreyanın başçısı, həmçinin Kim Çen Inın Pxenyan və Seulun sülh yolu ilə birləşməsinin mümkünsüzlüyü ilə bağlı bəyanatlarını tənqid edib.

“Bu cür hərəkətlər özlüyündə antimilli xarakter daşıyır, birləşməyə ziddir, tarixə zidd olan təxribat və təhdidlərdir”, - o vurğulayıb.

Gülayə Mecid