Rusiya Azadlıq və Ədalət Partiyasının (RPSS) qurucusu Andrey Boqdanov prezidentlik yarışından geri çəkildiyi barədə bəyanat yazıb

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev məlumat verib.

Yanvarın 31-də səhər saatlarında Boqdanov prezidentliyə namizəd kimi qeydə alınmaması üçün Mərkəzi Seçki Komissiyasına imzalar təqdim edib.

Qeyd edək ki, ötən gün Rusiya Xalq Birliyi Partiyasının lideri Sergey Baburin də prezidentliyə namizədliyini geri götürüb.

Gülayə Mecid