Delaver ştatının məhkəməsi iş adamı və "Tesla" şirkətinin rəhbəri İlon Maska  55 milyard dollarlıq rekord əmək haqqı paketini ödəməmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb. 

Nəşrin fikrincə, belə bir məhkəmə qərarı Maskın dünyanın ən varlı adamı statusunu təhlükə altına qoya bilər.

FT qeyd edir ki, Delaver hakimi öz qərarında Maskın mükafatının şirkətin direktorlar şurası tərəfindən düzgün şəkildə təsdiqlənmədiyini müəyyən edib və bu səbəbdən "Tesla" səhmdarları aldadılıb.

Seymur Əli