Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan maddi cəhətdən əvvəlkindən də pis yaşadığını açıqlayıb. 

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, o, bu barədə parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Belə ki, jurnalistin "Ermənistanda üç il ərzində hamı daha yaxşı yaşamağa başladığına inanırmı?" sualına nazir belə cavab verib: "Əlbəttə, çoxları, amma hamısı deyil. Məsələn, mən maddi cəhətdən əvvəlkindən də pis yaşayıram".

Bununla yanaş, nazir maaşından başqa gəlirinin olmadığını bildirib. 

Gülayə Mecid