Pakistanın Xayber Paxtunxva əyalətinin Bacaur rayonunda parlamentə namizəd kimi irəli sürülən Reyhan Zeyb bu gün öldürülüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda həbsdə olan keçmiş baş nazir İmran Xanın partiyasından olan namizəd naməlum şəxslərin hücumuna məruz qalıb. 

Pakistanın Seçki Komissiyası Bacaur rayonunda seçki namizədinin öldürülməsini təsdiq edən bəyanat yayıb və əyalət hökumətinə və polisə bu cinayəti törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini əmr edib.

Ağarza Elçinoğlu