Belqorod vilayətində havada vurulan İl-76 hərbi nəqliyyat təyyarəsi ABŞ-nin "Patriot" zenit raket kompleksi ilə vurulub.

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bunu ekspertiza təsdiq edib.

Putin beynəlxalq ekspertlərdən təhqiqat aparmaq üçün Rusiyaya gəlmələrini xahiş etdiyini, lakin hələlik heç kəsin bunu istəmədiyini söyləyib.