Qəzza zolağının şimalında Beyt Lahiya bölgəsində İsrail tərəfindən blokadaya alınan məktəbdə 30 nəfərin cəsədi tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi məlumat yayıb.

Hadisə yerində olan şahidlər ölənlərin əllərinin və gözlərinin bağlı olduğunu bildirib və bunu saxlanılma kimi şərh ediblər.

Açıqlamada bildirilib ki, İsrailin Qəzzada saxlanılanların "zorla yoxa çıxmasının" yeganə izahı bu insanları təcrid edərək onlara qarşı törətdiyi cinayətləri ört-basdır etməkdir.

Dərnək həmçinin vurğulayıb ki, İsrail Qəzzada olanlar da daxil olmaqla, indiyədək saxladığı şəxslərin taleyi və yeri ilə bağlı müvafiq beynəlxalq və Fələstin təşkilatları da daxil olmaqla insan haqları qurumlarına hər hansı məlumat verməkdən imtina edib.