Fransanın Safran Qrupu Ermənistanla birgə silah və komponentlərin istehsalına başlamağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. 

Qeyd edək ki, bu şirkət aviasiya üçün komponentlər istehsal edir. O, 2005-ci ildə təyyarə və raket mühərrikləri və aerokosmik komponentlər istehsalçısı "Snecma" və elektronika istehsalçısı "SAGEM"in birləşməsi nəticəsində yaranıb.

Safran Group bölmələri həmçinin müasir multispektral durbin, lazer məsafəölçənləri və "Patroller MALE PUA" istehsal edir.

Nuranə Abbasova