Rusiya Dövlət Duması Rusiya Silahlı Qüvvələri haqqında “saxta” xəbərlərin yayılmasına və dövlətə qarşı mübarizəyə çağırışlara görə əmlakın müsadirəsi haqqında qanun qəbul edib.

"Unikal" xəbər verir ki, dumanın sədri Vyaçeslav Volodinin sözlərinə görə, bu, öz dövlətinə qarşı cinayət törədən satqınları cəzalandırmağa imkan verəcək. Sonuncu onu da qeyd edib ki, bu qanun Duma deputatlarının kollektiv yanaşmasıdır, çünki təşəbbüsü 395 deputat imzalayıb. Rusiyanın təhlükəsizliyinə qarşı fəaliyyət göstərənlərə qarşı əmlakı və vəsaiti müsadirə olunacaq. Qanun ordu haqqında saxta xəbərlər yayanların və ya Rusiya Federasiyasının təhlükəsizliyinə xələl gətirməyə yönəlmiş hərəkətlər edənlərin, əgər varsa, fəxri ad və medallardan məhrum edilməsini də nəzərdə tutur.