Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş vilayətlərdə tikilməkdə olan polad kənd evlərinin birinci mərhələsi fevralın 6-da təhvil veriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki sosial media hesabında məlumat paylaşıb.

Nazir kənd evlərinin görüntüsünü paylaşaraq yazıb: “Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün”.