Ermənistan İstintaq Komitəsi ölkənin İqtisadiyyat Nazirliyində aparılan axtarışlardan sonra 7 nəfərin saxlanılması barədə məlumat yayıb.

"Unikal" xəbər verir ki, yayılan məlumata görə, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
Xüsusən də “Dövlət investisiya proqramları üzrə bankın yaradılması” tenderinin bir hissəsi olaraq şirkətlərdən birinin rəhbəri ilə əlbir olub, onun rəqibinin iştirakına süni maneələr yaradıblar. Nəticədə 3 dəfə baha (392 milyon dram - 100 min dollara yaxın) ərizə təqdim edən şirkət qalib gəlib. Bu iş üzrə 6 nəfər saxlanılıb.
Digər prosesdə isə İqtisadiyyat Nazirliyinin rəsmisi intensiv bağların dəstəklənməsi üzrə dövlət proqramının benefisiarı V.D. ilə yaxın münasibətdə olmaqla, tələblərə əməl edilməməsinə baxmayaraq, sahibkara və onun dostlarına maddi təzminat almasına şərait yaradıb. 
Nəticədə İqtisadiyyat Nazirliyi V.D. və digər benefisiarlara 238 milyon dramdan çox vəsait ayrılıb. Sözügedən məmur saxlanılıb.