Birləşmiş Ştatlar və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı hərəkat olan husi hədəflərinə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb. Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.