Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Misirə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məsələ ilə tanış olan türk rəsmilərə istinadən məlumat yayıb.

 Ərdoğanla Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək.

Danışıqlarda Qəzzada fələstinlilərə yardımın göstərilməsi və müharibənin dayandırılması üçün mümkün addımların müzakirə olunacağı gözlənilir.