Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırova respublika başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə regional parlamentin sədri Maqomed Daudov “VKontakte” səhifəsində məlumat verib.

“Xədicət Ramzanovna zəhmətkeşliyi, qətiyyəti və qarşıya qoyulan vəzifələrin həllinə məsuliyyətli münasibəti ilə seçilir” – deyə o yazıb.

Əvvəllər o, Qroznı şəhər meriyasında məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Çeçenistan rəhbəri Teleqram kanalında qeyd edib ki, Xədicət Kadırovanın təyin edilməsi təklifini respublika başçısı və hökuməti administrasiyasının rəhbəri Qalas Taymasxanov verib.

Nuranə Abbasova