Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi Türkiyəyə F-35 satışı ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, Kirbi, ABŞ-ın Rusiya istehsalı olan S-400 Hava Hücumundan Müdafiə Sisteminin yerləşdirilməsinə görə Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı hələ də problem yaşadığını bildirib.

Kirbi ABŞ-ın S-400-lərlə bağlı narahatlığını aradan qaldıracağı təqdirdə Ankaranın yenidən F-35 proqramında iştirakının mümkün olduğunu da bildirib.

Türkiyədə danışıqlar aparan ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.