Yeni Zelandiya kosmetik məhsullarda ciddi sağlamlıq problemləri yarada bilən “daimi kimyəvi maddələr"in istifadəsinə qadağa qoyub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Yeni Zelandiya belə maddələrə qadağa qoyan ilk ölkə olub.

"Daimi kimyəvi maddələr" (PFAS) gündəlik həyatda geniş istifadə olunan sintetik kimyəvi maddələrdir. Uzun parçalanma müddətinə görə onlara "daimi" deyilir. Kimyəvi maddələr ən çox dırnaq boyası, təraş kremi, tonal krem, pomada və tuş kimi kosmetikalarda olur. Bu maddələrin istifadəsi kosmetikanı suya davamlı edir və onların istifadəsini uzunmüddətli edir. Hətta, bəzi PFAS-ların yüksək konsentrasiyası müxtəlif xəstəliklərin riskinin artmasına səbəb ola bilər.

Yeni Zelandiyada tərkibində PFAS olan bütün kosmetik məhsulların 30 iyun 2028-ci il tarixinədək utilizasiyası da planlaşdırılır.

Nuranə Abbasova