Fransada ərzaq mağazalarında çatdırılmada fasilələrə görə bəzi malların qıtlığı yaranıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb etiraz edən fermerlər tərəfindən bağlanan milli magistral yollarda nəqliyyatın hərəkəti ilə bağlı yaranan nasazlıqlar olub.

Məlumata əsasən, ölkənin şimal-şərqində yerləşən Arden departamentində bəzi supermarketlərdə bekon, qatıq, təzə meyvə-tərəvəz, kahı və hazır sendviçlər yoxdur. Ölkənin cənub bölgəsində (Buş-dü-Ron departamenti) çörək və bəzi tez xarab olan məhsullar qıtlığı var. Qrenoblda (Cənub-Şərqi Fransa) bəzi supermarketlərdə ət, balıq və pendir yoxdur.

Etiraz edən fermerlər magistral yolları bağlamaqla yanaşı, ölkənin müxtəlif bölgələrindəki anbarlara və logistik mərkəzlərə də girişi bağlayıblar.