ABŞ ordusu Ədən körfəzində Yəmən husi üsyançıları Ənsar Allaha məxsus gəmi əleyhinə raketi və İranın üç pilotsuz uçuş aparatını (PUA) vurub

"Unikal" xəbər verir ki,  bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilir ki, yanvarın 31-də İranın dəstəklədiyi husilər Yəmənin Husilərin nəzarətində olan bölgələrindən Ədən körfəzinə doğru gəmi əleyhinə ballistik raket atıblar.

“Raket "USS Carney" esminesi tərəfindən uğurla vurulub. 40 dəqiqə sonra "USS Carney"  daha üç İran PUA-nı vurub”, - komandanlığın məlumatında deyilir. 

Gülayə Mecid