2022-2023-cü illər ərzində üç Moldova şirkəti Rusiya Federasiyasına təxminən 15 milyon dollar dəyərində aviasiya ehtiyat hissələri satıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Moldova vasitəsilə Rusiya Federasiyasına təyyarələrin ehtiyat hissələrinin tədarükü Rusiyanın Ukraynaya hücumundan bir neçə ay sonra başlayıb. İdxal edilmiş hissələr Rusiyanın böyük aviaşirkətlərinə verilir.  

Sxemdə üç Moldova şirkəti - "Airrock Solutions", "Aerostage Services" və "Maxjet Service№ iştirak edib. Bu şirkətlərdən bəziləri 2021-2022-ci illərdə yaradılıb və onların sahibi "Air Moldova" aviaşirkətinin keçmiş yüksək vəzifəli şəxsi İvan Melnikovdur. Üçüncüsü 2011-ci ildə yaradılıb və Sergey Rangaya məxsusdur.

Gülayə Mecid