Rusiya ordusu Xarkov vilayətinin Bolşoy Burluk kəndində mülki xəstəxananı bombalayıb.

"Unikal" xəbər verir ki, bu barədə vilayət hərbi idarəsinin rəisi Oleq Sinegubov bildirib.

“38 nəfər təxliyyə edilib, onlardan 5-i müəssisənin işçisidir, 4 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib. Binanın fasadı, pəncərələri və dam örtüyü zədələnib. Nəticələrin aradan qaldırılması davam edir”, - deyə rəsmi izahat verib.