Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Baş nazir postuna İrakli Kobaxidzenin namizədliyini təsdiqləyib.

"Unikal" gürcü mətbuatına istinadən xəbər verir  ki, qərar partiyanın siyasi şurası tərəfindən qəbul edilib.

Gürcüstanın hakim partiyası yeni baş nazir namizədini təqdim edib. Bundan əlavə, sabiq Baş nazir İrakli Qaribaşvili isə hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib.

Qeyd edək ki, İrakli Kobaxidzenin 46 yaşı var.  

***11:36

Bu gün hakim “Gürcü arzusu” partiyasının siyasi şurasının iclası və qurultayı keçiriləcək.

"Unikal" gürcü mətbuatına istinadən xəbər verir ki, ölkənin baş nazirinin namizədliyi siyasi şurada təsdiqlənəcək, partiyanın qurultayında isə siyasi qüvvənin yeni prezidenti seçiləcək.

Gözlənilir ki, hakim partiya baş nazir postuna partiyanın hazırkı sədri İrakli Kobaxidzenin, prezident postuna isə istefa vermiş baş nazir İrakli Qaribaşvilinin namizədliyini irəli sürəcək. Gələn həftə parlament yeni baş nazir və hökumətin tərkibini təsdiqləməyi planlaşdırır.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib.

Gülayə Mecid