"Avropa və müxtəlif fondlar külli miqdarda pul buraxırlar ki, Azərbaycan xalqının əxlaqını pozsunlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Ababs deyib. 

O bildirib ki, bu gün televiziyaların çoxunda məişət zorakılığı təbliğ olunur: "Bunun qarşısını nə biz, nə də aidiyyəti qurumlar ala bilmir. Televiziyalar reytinq qazanmaq üçün bu kimi hadisələri efirə çıxarır. Bir də baxırsan ki, qadın ərini qoyub onun qardaşı ilə qoşulub qaçır. Bu istisna hallardır. Bunu niyə efirə verəsən?! Bu kimi halların qarşısını almaq lazımdır”.

Anar Kəlbiyev