Misir Mərdanovun yeni vəzifə təyinatına can atmasının sirri
19:43 01-05-2013
SİYASƏT
Misir Mərdanovun yeni vəzifə təyinatına can atmasının sirri
Sabiq təhsil naziri niyə narahatlıq keçirirmiş?
Srağagün sabiq təhsil naziri Misir Mərdanovun Milli Elmlər Akademiyasının Riyaziyyat və Kibernetika İnstitutunun direktoru təyin edildi. Mərdanov özü yeni vəzifə alacağını isə nazir postundan uzaqlaşdırıldığı günün səhəri vermişdi.
Əslində sabiq təhsil nazirinin tələm-tələsik belə anonsla çıxış etməsinin özü maraq doğurur. Belə ki, bəzi ekspertlər bunu Mərdanovun görəvdən alındıqdan sonra iqtidar içindəki rəqiblərinin yeni basqısının qarşısını almaq üçün verdiyini iddia edirlər. Həmin iddialara görə, sabiq nazir yeni vəzifə arzusunu özü dilə gətirib və buna müsbət cavab alıb; məqsədi isə bu arzusunun gerçəkləşməsi ilə onun nazirkən fəaliyyət dövrünün təftiş edilməsi təhlükəsinin qarşısını almaq olub.
Mərdanov yeni vəzifə təyinatı alacağı təqdirdə bunun iqtidar içində ona olan etimadın tam itirilmədiyi anlamına gələcəyini və nazir olduğu dövrdəki fəaliyyətinin təftiş edilməsi cəhdlərinin qarşısını alacağını yaxşı bilirdi. Axı indiki hökumətin təcrübəsində yüksək vəzifədən gedən şəxsin sonradan illərlə yığdığı sərvətlərinin əlindən alınması təcrübəsi (məsələn, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevlə bağlı!) az deyil.
Mərdanovu da bu təhlükəli təcrübə narahat edib; Təhsil Nazirliyinə rəhbərlik etdiyi dövrlə bağlı yoxlamaların başlanması riski onu qorxuya salıb. Belə vəziyyətlə üzləşməməkdən ötrü isə yeni vəzifə alaraq hələ də iqtidar üçün «itirilmiş adam olmadığını” rəqiblərinə nümayiş etdirmək yolunu seçib.
Artıq müşahidəçilər bir müddət Mərdanovu nazir fəaliyyəti ilə bağlı hər hansı təftiş və hüquqi tədbir təhlükəsi gözləmədiyini bildirsələr də, onun dövründə Təhsil Nazirliyi ilə bağlı bir çox istintaq predmeti ola biləcək korrupsiya hallarının varlığını xatırladır və istənilən an onların yenidən gündəmə gətirilə biləcəyini istisna etmirlər.
Məsələn, Mərdanovun Təhsil Nazirliyinin təmir-tikinti idarəsinə rəhbərlik etmiş, korrupsiyada ad çıxarmış, uzun müddət başı üzərində qara buludlar dolaşsa da sonradan həbs təhlükəsindən güc-bəla ilə canını qurtaran xalasıoğlu ilə bağlı hüquq-mühafizə orqanlarına məlum olan faktların yenidən irdələnməsi kifayətdir ki, sabiq nazirin azadlıqda qalmasına və 15 il ərzində topladığı varidata ciddi təhlükə yaransın.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50