Aİ liderləri Brüsseldə keçirilən sammitdə Ukraynaya 50 milyard avro məbləğində yardım göstərilməsi barədə razılığa gəliblər. 

"Unikal" xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

Mişel qeyd edib ki, bu, Ukrayna üçün davamlı, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin edəcək və Aİ-nin özü də Ukraynaya dəstək üçün liderlik və məsuliyyəti üzərinə götürəcək.

Qeyd olunur ki, razılıq dekabrda yardım paketinə veto qoyan Macarıstanın baş naziri Viktor Orbanla bir neçə həftəlik mübahisələrdən sonra əldə olunub.

Ağarza Elçinoğlu