Rusiyada prezident seçkiləri ərəfəsində Rusiya Seçki Monitorinqi Avropa Mərkəzi arzuolunmaz təşkilat kimi tanınıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya siyasətinə xarici müdaxiləni araşdıran Dövlət Dumasının komissiyası məlumat yayıb.

Dövlət Dumasının komitə sədri Vasili Piskaryovun sözlərinə görə, təşkilatın informasiya platforması xarici auditoriyanı Rusiyada prezident seçkilərini qeyri-legitim elan etməyə hazırlamaq üçün istifadə olunur.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçiriləcək.

Ağarza Elçinoğlu