Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze bildirib ki, o, yeni kabinetdə yalnız hərbi idarənin rəhbərini dəyişəcək. 

"Unikal" xəbər verir ki, bu  barədə "Sputnik georgia" Kobaxidzenin sözlərindən sitat gətirib. 

"Bütün hökumət üzvlərini qalmağa dəvət etdim. Yalnız müdafiə naziri Xuanşer Burçuladze siyasətdən başqa sferaya keçmək istəyirdi. Mən onun qərarına hörmət edirəm. Müvafiq olaraq, Gürcüstan hökumətində yeganə dəyişiklik olacaq - müdafiə naziri postuna parlament sədrinin müavini İrakli Çikovaninin namizədliyi irəli sürüləcək”, - Kobaxidze jurnalistlərə bildirib.

Bundan əvvəl hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurultayı keçirilib, qurultayda keçmiş baş nazir İrakli Qaribaşvili partiyanın yeni rəhbəri, partiyaya əvvəllər rəhbərlik etmiş Kobaxidze isə baş nazir təyin olunub. 

Gülayə Mecid