İsveçrəli fotoqraf Tiziana Verqarinin İnstaqramda paylaşdığı foto sosial şəbəkə istifadəçilərini iki yerə bölüb.

"Unikal" xəbər verir ki, fotoda neçə nəfərin olduğunu təxmin etməyə çalışan istifadəçilər fərqli rəqəmlər təklif ediblər. Ən populyar təxminlər 1, 3, 4 və 13 olub. Fotonun qısa müddətdə populyarlaşmasına təəccüblənən fotoqraf Tiziana Verqari sosial media hesabında düzgün cavabı açıqlayıb. Verqari paylaşımında sözügedən kadrda cəmi 2 qızın olduğunu bildirib.