Hindistanın Mumbay şəhərinin polisi Çin üçün kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinən göyərçini sərbəst buraxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan quş səkkiz ay “həbs altında” baytarlıq klinikasında qalıb.

Bildirilir ki, aylar əvvəl saxlanılan göyərçinin ayağında iki halqa, qanadlarının altındakı lələklərdə isə Çin hərfləri olduğu üçün polisin diqqətini çəkib. Hüquq-mühafizə orqanları quşun kəşfiyyat məlumatları toplamaq üçün Çindən göndərilə biləcəyindən şübhələniblər. Polis bununla bağlı cinayət işi açıb.  

“Saxlanılandan” səkkiz ay sonra polis nəhayət göyərçinin saxlandığı baytarlıq klinikasına quşu buraxmağa rəsmi icazə verib.