Türkiyənin Kocaeli şəhərinin Gebe rayonunda beynəlxalq bir şirkətin fabrikində işçiləri girov götürən şəxs polisə təslim olub.

"Unikal" xəbər verir ki, o, ümumilikdə 7 nəfəri girov saxlayırdı. 

*** 23:24

Xəbər verdiyimiz kimi, Kocaelidə bir şirkətin fabrikinin əsas binasına basqın edən şəxs içəridəkiləri girov götürüb.

"Unikal" xəbər verir ki, hadisə yerinə xüsusi əməliyyat polisi göndərilib.

Girovlardan birinin ad günü olduğu üçün əvvəlcədən hazırlıq görən həmkarları onun ad gününü qeyd etmək üçün hücum edəndən icazə istəyiblər.

Hücum edənin icazə verməsindən sonra ad günü şənliyi keçirilib. Həmin anlar  video-lentə alınıb. Videoda girovların səhhətinin yaxşı olduğu görünür.

xxx

18:27

Türkiyənin Kocaeli şəhərində fabriklərdən birində çalışan işçilər girov götürülüb.

"Unikal" xəbər verir ki, hadisə Kocaelinin Gebze rayonunda baş verib. Belə ki, naməlum şəxs Amerika şirkətinə məxsus fabrikin əsas binasına basqın edərək içəridəkiləri gorov götürüb. Hadisə yerinə xüsusi əməliyyat qrupları göndərilib. Həmin şəxsin İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün fabrikə basqın etdiyi iddia edilib.

Kocaeli valisi Seddar Yavuz hadisə baş verən bölgəyə gedib.