Ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat və onun tərəfdaşları 2024-cü ilin payızında keçiriləcək parlament seçkilərinin nəticələrini boykot etmək üçün səbəblər axtarırlar.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Papuaşvili xatırladıb ki, partiyanın 2020-ci il seçkilərində əsas vədi 2024-cü ilə qədər Aİ-yə üzv olmaq üçün müraciət etmək idi. "İndi 2024-cü ildir və biz nəinki ərizə təqdim etmişik, həm də artıq namizəd statusu almışıq. Bu, bir daha onu göstərir ki, biz uzunmüddətli perspektivlərə daha çox diqqət yetiririk və cəmiyyətimizə müxalifətin edə biləcəyindən daha çox yeniliklər təklif edirik", - Papuaşvili qeyd edib.
Onun sözlərinə görə, bu il qorxudan yeganə məqam müxalifətin artıq tamamilə radikal istiqamətə keçməsidir.
Papuaşvilinin sözlərinə görə, müxalifət ancaq teatr tamaşaları ilə məşğuldur.

Qeyd edək ki, Gürcüstanda növbəti parlament seçkiləri 2024-cü ilin oktyabrında keçiriləcək.