"Ermənistanın 1990-cı ildə Qarabağa istinad edən Müstəqillik Bəyannaməsi regionda sülhə maneədir".

"Unikal" xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

O, İrəvanın siyasəti ölkənin Müstəqillik Bəyannaməsində qeyd olunduğu kimi, Ermənistanın Qarabağa birləşdirilməsinə əsaslanmalıdırmı sualına cavab verib.

“Əgər belədirsə, bu o deməkdir ki, biz indi müharibə edəcəyik, sülhə nail ola bilməyəcəyik” .

Eyni zamanda, Paşinyan onu da bəyan edib ki, ölkənin keçmiş Ermənistan SSR sərhədləri daxilində öz ərazisini müdafiə etmək üçün döyüşə hazır ordusu olmalıdır.