"Bir neçə səbəbdən Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz".

"Unikal" xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosuna müsahibəsində bildirib.

"Biz başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi. Çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi. Əvvəllər münasibətlərimizin 95-97%-i müdafiə sektorunda Rusiya Federasiyasının payına düşürdü, indi bu, həm obyektiv, həm də subyektiv səbəblərə görə baş verə bilməz”, - deyə Ermənistanın hökumət başçısı bildirib.

Nuranə Abbasova