Yəmənin "Ənsar Allah" hərəkatının lideri Abdel Malek əl-Husi ABŞ prezidenti Co Baydenə üçüncü ölkələrdə hərbi münaqişələri qızışdırmaq əvəzinə daxili problemləri həll etməyi tövsiyə edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, Texasda ABŞ-Meksika sərhədindəki vəziyyəti, habelə federal və ştat rəsmiləri arasında yaranmış gərginliyi xatırladıb.

"Amerika prezidenti müharibələrə başlamaq əvəzinə, ilk növbədə ölkəsindəki böhranı və onun siyasətlərinin səbəb olduğu problemləri həll etməlidir", - deyə əl-Husi bildirib.