“Futbol meydançası böyüklüyündə nəhəng asteroid Yerə doğru uçur”.

"Unikal" xəbər verir ki, NASA yenidən kosmik fəlakətlə ictimaiyyəti qorxudur.

“NASA bu həftə beş asteroidin Yerə doğru hərəkət etdiyini təsdiqləyib. Bunlardan biri futbol stadionu böyüklüyündədir. NASA-nın Asteroid Monitorinq Şöbəsi kosmik obyektləri izləyir və onlar bu asteroidlərin Yerlə təmasda olacağına inanmırlar.
Hazırda Yerə yaxınlaşan futbol meydançası böyüklüyündəki asteroidinin 2024-cü il fevralın 2-də planetimizdən keçəcəyi gözlənilir. Lakin daha kiçik diametrli asteroidlər də Yer üçün müəyyən təhlükə yaradır və əhəmiyyətli dərəcədə zərər verə bilər. Onların toqquşması heç bir qlobal fəlakətə səbəb olmayacaq, lakin dağıntı böyük olacaq. Əgər “kosmik qonaq” okeana düşərsə, sunami baş verəcək. Təsəvvür edin ki, bu ölçüdə kosmik obyekt məskunlaşan əraziyə düşsə, nə baş verərdi”.