İsrail Qəzza zolağında atəşkəs üçün vasitəçilərin HƏMAS- ın irəli sürdüyü təklifi qəbul edib və radikal qrupdan da müsbət reaksiya gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Əl-Cəzirə telekanalına bildirib.

“İsrail atəşkəs təklifi ilə razılaşdı və biz HƏMAS-dan buna ilkin müsbət reaksiya aldıq”, - deyə Məcid əl-Ənsari bildirib.

Bundan əvvəl İsrailin Mossad kəşfiyyat xidmətinin direktoru David Barnea Fələstinin Həmas hərəkatı ilə hərbi əməliyyatların müvəqqəti dayandırılması və girovların mübadiləsinə dair potensial saziş layihəsini təqdim edib.

Qeyd olunur ki, əməliyyat bir neçə mərhələdə baş verə bilər. Birinci mərhələdə 35 israilli qadın 35 gün müddətinə hərbi əməliyyatların dayandırılması müqabilində azad edilə bilər. İkinci mərhələ üzrə danışıqların aparılması üçün müqavilənin daha bir həftə uzada biləcəyi vurğulanır. Daha sonra mülki müdafiə mənsublarının, gənclərin və İsrail Müdafiə Qüvvələrinin əsgərlərinin azad ediləcəyi gözlənilir .