ABŞ dövlət katibi Entoni Blinken fevralın 4-də İsrailə səfər edəcək.
"Unikal"
xəbər verir ki,“The Times of Israel” nəşri bu barədə Bayden administrasiyasının yüksək vəzifəli rəsmisinə əsaslanaraq məlumat verib.

Nəşrin məlumatına görə, Blinkenin səfəri ilə bağlı məlumat həftənin əvvəlində İsrail mətbuatında yayılsa da, yalnız indi ABŞ tərəfindən təsdiqlənib.


Mənbənin sözlərinə görə, Blinkenin səfəri zamanı İsrail və HƏMAS arasında girovların azad edilməsinə dair razılaşma, Qəzzaya humanitar yardımın genişləndirilməsi və müharibədən sonra Qəzzanın idarə olunması məsələsində ABŞ-ın baş nazir Benyamin Netanyahuya əlavə təzyiqləri müzakirə olunacaq.