Qəzza zolağında eskalasiya başlayandan bəri 27 019 fələstinli həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumatda, həmçinin 66 139 fələstinlinin yaralandığı qeyd olunur.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.