ABŞ-nin Corciya ştatında məktəbin dayanacağında iki nəfər güllələnib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, məktəb polis tərəfindən bağlanıb.
Güllələnən şəxslərin məktəbli olmadığı deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları artan təhlükənin “qırmızı” kodunu tətbiq ediblər və hələlik valideynləri əraziyə buraxmırlar.