Qırğızıstanın paytaxtı Bişkekdə şəhər istilik elektrik stansiyasında (İES) qəza baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

5 nəfərin yaralandığı qəza səbəbindən çoxmənzilli binalara isti su və istilik verilişi dayandırılıb. 

Ölkənin Energetika Nazirliyi qeyd edib ki, vətəndaşların evlərində istiliyin bərpası istiqamətində işlərin aparılması üçün operativ qərargah yaradılıb. 

Hazırda şəhər nəqliyyatı, mağazalar, banklar və dövlət qurumları adi rejimdə işləyir. Məktəblər onlayn təhsilə keçib.

Ağarza Elçinoğlu